Bakı Şəhəri üzrə Təhsil İdarəsi könüllüləri işə dəvət edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi könüllüləri işə dəvət edir Gənclər qurumun müxtəlif sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanacaqlar
Elm və təhsil
6 Aprel , 2016 14:06
Bakı Şəhəri üzrə Təhsil İdarəsi könüllüləri işə dəvət edir

Bakı. 6 aprel. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi könüllü əsaslarla işləmək arzusunda olan gənc oğlan və qızları əməkdaşlığa dəvət edir. İdarənin İctamiyyətlə əlaqələr sektorundan "Report"a verilən məlumata görə, könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər qurumun müxtəlif sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanacaqlar.

İntizamlı, xoşrəftar, kollektivdə işləmək bacarığı olan, kompüterdə işləməyi bacaran, xarici dil bilikləri olan, ali təhsilli və ya təhsil müəssisələrində son kurslarda oxuyan gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.

Fürsəti dəyərləndirmək istəyən gənclər tərcümeyi-halını [email protected] ünvanına göndərə bilərlər.

Qeyd edək ki, könüllü kimi 3 ay müddətində işləyib öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən sertifikat veriləcək.

Əlaqə telefonu: (012) 599-12-22 (daxili: 6112, 6114)

Aşağıdakı sektorlara uyğun ixtisaslar üzrə müraciət etmək xahiş edilir:

İnsan resursları sektoru

İctimaiyyətlə əlaqələr sektoru

Ümumi təhsil sektoru

Məktəbdənkənar fəaliyyətin təşkili sektoru

İnformasiya təminatı sektoru

Ümumi sektor

Təminat və təchizat sektoru

Maliyyə və mühasibatlıq sektoru

İnkişaf layihələri sektoru.

Son xəbərlər

Orphus sistemi