Yuxarı
    Bağlamaq

    Bakı Mühəndislik Universitetinə yeni rektor əvəzi təyin edilib

    Yeni rektor əvəzi artıq vəzifəsinin icrasına başlayıb

    Bakı. 24 fevral. REPORT.AZ/ Bakı Mühəndislik Universitetinə yeni rektor əvəzi təyin edilib.

    “Report”un sorğusuna cavab olaraq universitetdən bildirilib ki, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə bu vəzifənin icrası professor Havar Məmmədova tapşırılıb.

    Yeni rektor əvəzi artıq vəzifəsinin icrasına başlayıb.

    İndiyə qədər BMU-nun rektor səlahiyyətlərini Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov icra edirdi.

    Qeyd edək ki, BMU ötən ay fəaliyyətə başlayıb. Keçmiş Qafqaz Universitetinin bazası həmin təhsil ocağının tabeliyinə verilib.

    Xatırladaq ki, Havar Məmmədov bundan əvvəl fəaliyyəti dayandırılan Qafqaz Universitetinin rektoru olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi