Bakı Dövlət Universiteti yeddi fakültə üçün dekan axtarır - SİYAHI

Bakı Dövlət Universiteti yeddi fakültə üçün dekan axtarır - SİYAHI Sənədlər bir ay müddətində təqdim edilməlidir
Elm və təhsil
29 Mart , 2016 08:16
Bakı Dövlət Universiteti yeddi fakültə üçün dekan axtarır - SİYAHI

Bakı. 29 mart. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) rektorluğu 7 fakültə üzrə boş olan dekan vəzifələri üçün müsabiqə elan edib.

"Report"un xəbərinə görə, BDU-nun Mexanika-riyaziyyat, Kimya, Ekologiya və torpaqşünaslıq, Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Filologiya, Sosial elmlər və psixologiya fakültələri üçün dekan vəzifələri vakantdır.

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini bir ay müddətində mövcud Əsasnaməyə müvafiq olaraq rektorun adına yazılan ərizə ilə birlikdə Bakı şəhəri Z. Xəlilov küçəsi 23 AZ-1148 ünvanına təqdim etməlidirlər.  

Son xəbərlər

Orphus sistemi