Yuxarı

Bakı Ali Neft Məktəbinin rektoru ilin “Ən yaxşı rektor” seçilib

Müsabiqədə II yeri İbrahim Cəfərov, III yeri Ədalət Muradov tutub

Bakı. 30 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımova “Azerbaycan Universitetleri” "facebook" səhifəsi tərəfindən keçirilən 2014/2015-ci tədris ili üçün “Ən yaxşı rektor” müsabiqəsinin qalibi olaraq diplom təqdim olunub. Bu barədə “Report”a Bakı Ali Neft Məktəbi İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, universitetlərin reytinq lideri olan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov mövsüm ərzində aktivliyinə, tələbələr arasındakı nüfuzuna, rektoru olduğu ali təhsil müəssisəsində tələbələr üçün əsl nümunəvi şərait yaratdığına, rəhbərlik etdiyi Ali Məktəbin media ilə əlaqələrinin daha sıx olmasına və digər universitet tələbələri arasında keçirilən simvolik səsvermədə üstün olmasına (41%) görə bu ada layiq görülüb.

Xatırladaq ki, buna qədər səhifədə keçirilən ilk iki yarışmada BDU rektoru, akademik Abel Məhərrəmov və ADA Universitetinin rektoru Hafiz Paşayev qalib olublar.

Bu ilki müsabiqədə II yerdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru İbrahim Cəfərov, III yerdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru Ədalət Muradov olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi