Yuxarı

Bakı Ali Neft Məktəbində “Nəsimi” filmi nümayiş etdirilib

Bakı Ali Neft Məktəbində “Nəsimi” filmi nümayiş etdirilib
© BANM

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) Konqres zalında Azərbaycan kino salnaməsində özünəməxsus yer tutan "Nəsimi" filminin 45 illiyi münasibətilə adıçəkilən ekran əsəri nümayiş etdirilib. 

Bu barədə "Report"a Ali Məktəbdən məlumat verilib. 

Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuş bu film Azərbaycanın görkəmli rejissoru Həsən Seyidbəylinin rəhbərliyi altında çəkilib. 

Ali Məktəbdə ilk dəfə nümayiş etdirilən filmi BANM-ın tələbə və professor-müəllim heyətilə yanaşı rektor Elmar Qasımov, xalq artisti, “Şərəf” və "Şöhrət" ordenli görkəmli Azərbaycan aktyoru Rasim Balayev, C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının direktoru Müşfiq Hətəmov, Azərbaycanın xalq artisti, kinorejissor və ssenarist Əbdül Mahmudov və filmdə “Fatma” obrazını canlandıran əməkdar artist Xalidə Quliyeva izləyiblər.

Yazıçı İsa Hüseynovun "Məhşər" romanı əsasında çəkilən filmdə baş rolu aktyor Rasim Balayev oynayıb. Bu rol o zaman 25 yaşında olan aktyorun ilk işi olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi