Yuxarı

Bakı Ali Neft Məktəbində Milli Qurtuluş Günü qeyd olunub

© BANM

Bakı. 14 iyun. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) 15 İyun - Milli Qurtuluş Gününün 25 illiyi münasibətilə tədbir keçirilib. 

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbirdə BANM-ın rektoru Elmar Qasımov, BANM-in professor-müəllim heyəti və əməkdaşları iştirak ediblər.

Mərasimi BANM-in rektoru Elmar Qasımov açaraq bildirib ki, Azərbaycanda 1993-cü ilin yayında respublikada ictimai-siyasi böhranın baş verdiyi və vətəndaş müharibəsi təhlükəsinin yarandığı bir dövrdə ümummilli lider Heydər Əliyev xalqın istəyilə Naxçıvandan Bakıya gəlib: "Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını alaraq iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. Məhz bu səbəbdən Azərbaycan xalqının istəyilə Milli Məclis 1997-ci ildə 15 iyun tarixini Milli Qurtuluş Günü kimi bayram elan edib".

Daha sonra Ali Məktəbin İngilis dili və humanitar fənlər mərkəzinin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev təqdimatla çıxış edib. O bildirib ki, qurtuluşun ilk 5 ilində ümummilli lider Heydər Əliyev 33 ölkəyə 79 səfər edib, 232 tədbirdə iştirak edib və 431 sənəd imzalayıb. Ə.Şahverdiyev tədbir iştirakçılarına neft diplomatiyası və "Əsrin müqaviləsi"nin imzalanması, dünya siyasətində Azərbaycanın mövqeyinin möhkəmlənməsi, beynəlxalq iqtisadi münasibətlərdə ölkəmizin söz sahibinə çevrilməsinin arxasında duran məqsədyönlü və uğurlu siyasətdən bəhs edib. O həmçinin Heydər Əliyev tərəfindən atılmış uğurlu diplomatik addımlardan - atəşkəs və daxili sabitliyin yaradılması, neft siyasətinin formalaşdırılması, Qarabağ problemi üzrə regional və beynəlxalq müstəvidə aparılan danışıqlar haqqında da tədbir iştirakçılarını məlumatlandırıb.

Sonda ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi