Yuxarı
    Bağlamaq

    Bakı Ali Neft Məktəbi və Ernst & Young arasında razılaşma imzalanıb

    © BANM

    Bakı. 10 aprel. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) və EY (Ernst & Young) şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. 

    Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbirdə BANM-ın rektoru Elmar Qasımov, EY şirkətinin Azərbaycan üzrə İdarəedici Partnyoru İlqar Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti, Ali Məktəbin tələbələri və əməkdaşları iştirak ediblər.

    Tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov EY-ın Azərbaycanda audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətlərinin göstərilməsi üzrə böyük imicə malik olduğunu və BANM və EY arasında yaranmış əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib. Rektor qeyd edib ki, hazırda Ali Məktəb EY şirkətilə iki istiqamətdə əməkdaşlıq edəcək. Bunlardan biri Ali Məktəbin tələbələrinin şirkətin dayanıqlı inkişaf mövzusunda olan təlimlərinə cəlb edilməsi, digər istiqamət isə EY tərəfindən BANM-ın Dayanıqlı inkişaf üzrə hesabatının hazırlanmasından ibarətdir.

    EY şirkətinin Azərbaycan üzrə İdarəedici Partnyoru İlqar Vəliyev isə BANM-la əməkdaşlıq etməkdən məmnun olduğunu və tələbələrin EY tərəfindən təşkil olunan təlimlərə böyük maraq göstərmələrindən sevindiyini bildirib.

    Tədbirdə EY-ın İqlim dəyişikliyi və Dayanıqlı İnkişaf üzrə xidmətlərin təcrübə rəhbəri Günel Fərəcovanın Ali Məktəbin 4-cü və 5-ci kurs tələbələrinə keçdiyi İqlim dəyişikliyi və Dayanıqlı İnkişaf üzrə üç günlük seminarın sertifikatları öz sahiblərinə təqdim edilib.

    Daha sonra BANM-ın rektoru Elmar Qasımov vəİlqar Vəliyev iki müəssisə arasında bağlanılan əməkdaşlıq haqqında razılaşmaya imza atıblar.

    İmzalama mərasimindən sonra EY-ın Kadrlar şöbəsinin direktor müavini Samirə Şabanova və baş mütəxəssis Vusalə Həsənova tələbələrə EY şirkəti və onun karyera proqramı haqqında ətraflı məlumat verib, onlara CV yazma, effektiv müsahibə üsulları haqqında təqdimat ediblər.

    Sonda tələbələr EY şirkətinin əməkdaşlarına onları maraqlandıran suallar ünvanlayıblar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi