Yuxarı
    Bağlamaq

    Bakı Ali Neft Məktəbi ən yaxşı ali təhsil müəssisəsi seçilib

    Bakı Ali Neft Məktəbi 2017-ci ili uğurla başa vurub
    © BANM

    Bakı. 20 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) 2017-ci ilin ən yaxşı ali təhsil müəssisəsi seçilib.

    BANM-dən “Report”a verilən məlumata görə, bu, sosial şəbəkələr tərəfindən Azərbaycanda fəaliyyət göstərən universitetlərlə bağlı aparılan araşdırmaya, tələbələr arasında keçirilən sorğulara əsasən müəyyən edilib. 

    Araşdırma zamanı bu ali məktəbin maddi texniki baza və sosial infrastruktur nöqteyi-nəzərindən bütün universitetlərdən öndə olduğu müəyyən edilib. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələrinə görə, ən yüksək keçid balı (679 bal) məhz BANM-də qeydə alınıb. 

    Ali məktəbdə proseslərin avtomatlaşdırılması mühəndisliyi, neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisasları üzrə ilk turdan 100 faiz qəbul həyata keçirilib. BANM-in ölkəmizin ən yüksək keçid balına malik proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında qəbul imtahanının nəticələrinə görə, minimum bal 685 olub. DİM-in açıqlamasına əsasən, bu ixtisas ölkədə “İlin ixtisası” adını qazanıb. 

    Builki nəticələrə görə, birinci qrup üzrə imtahan verən abituriyentlərdən 7-si 700 bal toplayıb və onların hamısı BANM-i seçib. 

    Birinci qrup üzrə Prezident təqaüdçülərinin sayına görə rekord göstərici məhz bu ali məktəbdə qeydə alınıb. Belə ki, bu il BANM-ə qəbul olunanların 24-ü Prezident təqaüdçüsüdür. 

    Cari il BANM-in ilk məzunlarının 94 faizi artıq işlə təmin edilib. Qalan 6 faiz isə ABŞ-ın və Avropa ölkələrinın, eləcə Azərbaycanın aparıcı universitetlərində magistratura və doktorantura pillələrində təhsillərini davam etdirirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi