Azərbaycanlı alimlər Rusiyada Qafqazın qədim dövrlərinin öyrənilməsi üzrə konfransa qatılacaqlar

Azərbaycanlı alimlər Rusiyada Qafqazın qədim dövrlərinin öyrənilməsi üzrə konfransa qatılacaqlar Bakı. 15 yanvar. REPORT.AZ/ Rusiya, Belçika, Almaniya, Ukrayna və Azərbaycandan olan alimlər yanvarın 15-16-da Qafqazın qədim dövrlərinin öyrənilməsi üzrə beynəlxalq konfransda iştirak edəcəklər.
Elm və təhsil
15 Yanvar , 2018 10:52
Azərbaycanlı alimlər Rusiyada Qafqazın qədim dövrlərinin öyrənilməsi üzrə konfransa qatılacaqlar

Bakı. 15 yanvar. REPORT.AZ/ Rusiya, Belçika, Almaniya, Ukrayna və Azərbaycandan olan alimlər yanvarın 15-16-da Qafqazın qədim dövrlərinin öyrənilməsi üzrə beynəlxalq konfransda iştirak edəcəklər.

"Report" TASS-a istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutu bu konfransı tarix elmləri doktoru, professor, Qafqaz və Rusiyanın cənubunda erkən və orta paleolit araşdırmaçıları məktəbinin banisi Vasili Prokofyeviç Lyubinin 100 illiyi münasibətilə təşkil edir.

Tədbir zamanı alimlər Qafqazda, Krımda, Uralda, Sibirdə, Orta Asiyada və Afrikada paleolit dövrünə aid yeni kəşfləri, Avrasiyanın aşağı və orta paleoliti kontekstində Qafqazın abidələrinin yerlərini və paleolit dövrünə aid abidələrin yaşının müəyyənləşdirilməsi üzrə ən son metodları müzakirə edəcəklər.

Qeyd edək ki, V.P.Lyubin Azərbaycan ərazisində də arxeoloji qazıntılar aparıb.

Son xəbərlər

Orphus sistemi