Yuxarı

​Azərbaycanlı alim: "Yerin fırlanma sürətində dəyişiklik olacaq"

Ədalət Ətayi: Ay hər il Yerdən 3 sm uzaqlaşır

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Ay hər il Yerdən 3 sm uzaqlaşır. Bir neçə milyon ildən sonra planetimizin fırlanma sürətində dəyişiklik olacaq və günlər getdikcə uzanacaq". Bu barədə "Report"a açıqlamasında AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının "Planetlər və kiçik səma cisimləri" şöbəsinin əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayi bildirib.

Alim deyib ki, Ay hər zaman tədqiqat mərkəzindədir: "Yerin peyki strateji məntəqədir və zəngin enerji mənbəyinə malikdir. Ayda torpağın altında suyun olması orada həyatın olmasına dəlalət edə bilməz. Ay strateji məntəqə kimi tədqiq edilir və onun təkamülü öyrənilir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi