​Azərbaycanlı alim: "Yerin fırlanma sürətində dəyişiklik olacaq"

​Azərbaycanlı alim: "Yerin fırlanma sürətində dəyişiklik olacaq" Ədalət Ətayi: "Ay hər il Yerdən 3 sm uzaqlaşır"
Elm və təhsil
30 Sentyabr , 2015 20:37
​Azərbaycanlı alim: Yerin fırlanma sürətində dəyişiklik olacaq

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Ay hər il Yerdən 3 sm uzaqlaşır. Bir neçə milyon ildən sonra planetimizin fırlanma sürətində dəyişiklik olacaq və günlər getdikcə uzanacaq". Bu barədə "Report"a açıqlamasında AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının "Planetlər və kiçik səma cisimləri" şöbəsinin əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayi bildirib.

Alim deyib ki, Ay hər zaman tədqiqat mərkəzindədir: "Yerin peyki strateji məntəqədir və zəngin enerji mənbəyinə malikdir. Ayda torpağın altında suyun olması orada həyatın olmasına dəlalət edə bilməz. Ay strateji məntəqə kimi tədqiq edilir və onun təkamülü öyrənilir". 

Son xəbərlər

Orphus sistemi