​Azərbaycanla Avstraliya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

​Azərbaycanla Avstraliya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib Səməd Seyidov Avstraliya Parlamentinin millət vəkili Luk Simpkinsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Elm və təhsil
10 İyun , 2015 19:10
​Azərbaycanla Avstraliya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Avstraliya Parlamentinin millət vəkili Luk Simpkinsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə "Report"a ADU-nun İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

Səməd Seyidov universitet haqqında danışaraq burada 22-yə yaxın dilin tədris olduğunu bildirib. O, eyni zamanda, universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında da qonaqlara məlumat verib. Rektor Azərbaycan-Avstraliya əlaqələrinin əhəmiyyətindən və iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın perspektivlərindən danışıb.

Luk Simpkins ikitərəfli əlaqələrin möhkəmləndirilməsində təhsilin mühüm əhəmiyyətindən söz açıb.

Görüşdən sonra qonaqlar universitetdə fəaliyyət göstərən İnformasiya Resurs Kompleksi (İRK) ilə tanış olublar.

Qeyd edək ki, görüşdə Milli Məclisin deputatı Xanlar Fətiyev də iştirak edib. 

Son xəbərlər

Orphus sistemi