Yuxarı

Yeni tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərində təhsil alacaq şagirdlərin sayı açıqlanıb

Bu il 150 mindən çox şagird I sinfə qədəm qoyacaq

Bakı. 11 sentyabr. REPORT.AZ/ Yeni tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərinin I sinfinə gedəcək şagirdlərin sayı açıqlanıb. Təhsil Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu il 150 mindən çox şagird I sinfə qədəm qoyacaq.

Məlumatda o da bildirilib ki, ümumilikdə bu tədris ilində 1 milyon 300 minə yaxın şagird təhsil alacaq.

Xatırladaq ki, keçən tədris ilində 138 min şagird I sinfə gedib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi