Yeni tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərində təhsil alacaq şagirdlərin sayı açıqlanıb

Yeni tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərində təhsil alacaq şagirdlərin sayı açıqlanıb Bu il 150 mindən çox şagird I sinfə qədəm qoyacaq
Elm və təhsil
11 Sentyabr , 2015 11:38
Yeni tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərində təhsil alacaq şagirdlərin sayı açıqlanıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Yeni tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərinin I sinfinə gedəcək şagirdlərin sayı açıqlanıb. Təhsil Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu il 150 mindən çox şagird I sinfə qədəm qoyacaq.

Məlumatda o da bildirilib ki, ümumilikdə bu tədris ilində 1 milyon 300 minə yaxın şagird təhsil alacaq.

Xatırladaq ki, keçən tədris ilində 138 min şagird I sinfə gedib.

Son xəbərlər

Orphus sistemi