Yuxarı

Azərbaycanda universitetlərdən birinin müəllimlərinin maaşı artırılıb

Yeni artımlardan sonra universitetin pedaqoji heyəti üzrə orta aylıq əmək haqqı 985 manat olacaq

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Elmi Şurası professor-müəllim heyətinin vəzifə maaşlarının artırılmasına qərar verib. 

ADİU-dan "Report"a verilən xəbərə görə, qərara uyğun olaraq, yeni vəzifə maaşları kafedra müdirləri üçün 1500, professorlara 1300, dosentlərə 880, baş müəllimlərə 760, müəllim və asissentlərə 680, dekan müavinləri üçün isə 1200 manat müəyyən edilib.

Yeni artımlardan sonra universitetin pedaqoji heyətinin orta aylıq əmək haqqı 985 manat olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi