Azərbaycanda universitetlərdən birinin müəllimlərinin maaşı artırılıb

Azərbaycanda universitetlərdən birinin müəllimlərinin maaşı artırılıb Yeni artımlardan sonra universitetin pedaqoji heyəti üzrə orta aylıq əmək haqqı 985 manat olacaq
Elm və təhsil
1 İyul , 2015 16:47
Azərbaycanda universitetlərdən birinin müəllimlərinin maaşı artırılıb

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Elmi Şurası professor-müəllim heyətinin vəzifə maaşlarının artırılmasına qərar verib. 

ADİU-dan "Report"a verilən xəbərə görə, qərara uyğun olaraq, yeni vəzifə maaşları kafedra müdirləri üçün 1500, professorlara 1300, dosentlərə 880, baş müəllimlərə 760, müəllim və asissentlərə 680, dekan müavinləri üçün isə 1200 manat müəyyən edilib.

Yeni artımlardan sonra universitetin pedaqoji heyətinin orta aylıq əmək haqqı 985 manat olacaq.

Son xəbərlər

Orphus sistemi