Azərbaycanda su üçün qazılan anbardan bəzək və zinət əşyaları tapılıb

Azərbaycanda su üçün qazılan anbardan bəzək və zinət əşyaları tapılıb Ərazi geniş şəkildə tədqiq olunacaq
Elm və təhsil
7 Sentyabr , 2015 15:16
Azərbaycanda su üçün qazılan anbardan bəzək və zinət əşyaları tapılıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Cəlilabadın Adnalı kənd sakini Natiq Abasov həyətində su üçün anbar qazdırarkən oradan müxtəlif tipli küplər və insan sümükləri üzə çıxıb. "Report" xəbər verir ki, qazıntı dərinləşdikcə ərazidən üzə çıxan əşyaların sayı da çoxalıb. Müxtəlif ölçülərdə olan küplərdən 4-ü məişət, 1 isə böyük olduğu üçün təsərrüfat küplərini xatırladır. Bu küplərin insan məzarında olması isə qədim insanların axirət inancı ilə əlaqələndirilir. 

Bundan başqa, insan sümüklərinin ətrafında xeyli xırda muncuqlar, bəzək və zinət əşyaları da tapılıb. Tarixçilərin sözlərinə görə, bəzək əşyalarının xüsusi rənglə boyanması, eləcə də üzərində müxtəlif naxışların olması antik dövrdə bu ərazidə sənətkarlığın yüksək inkişafından xəbər verir. Eradan əvvəl IV-III minilliyə aid olduğu ehtimal olunan tarixi nümunələr araşdırılması üçün Cəlilabad rayon Tarix və Diyarşunaslıq Muzeyinə təhvil verilib. Ərazinin geniş şəkildə tədqiq olunması üçün yaxın günlərdə bura xüsusi arxeoloji ekspedisiyanın gəlməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi