Yuxarı
    Bağlamaq

    Təhsil Nazirliyi Azərbaycanda ilk dəfə müəllimlərin sertifikasiyadan keçirilməsi üçün qaydalar hazırlayıb

    Bununla bağlı sənədlər Nazirlər Kabinetinə təqdim olunub

    Bakı. 7 aprel. REPORT.AZ/ Təhsil Nazirliyi ilk dəfə olaraq müəllimlərin sertifikasiyadan keçirilməsi ilə bağlı qaydalar hazırlayıb.

    “Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

    Onun sözlərinə görə, artıq bununla bağlı sənədlər Nazirlər Kabinetinə təqdim olunub: “Qaydalar təsdiq edildikdən sonra müəllimlərin sertifikasiyası keçiriləcək. Bundan sonra həmin müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsinə baxılacaq. Sertifikasiyadan keçməyən müəllimlər təbii ki, müəssisədə qalıb işləyə bilməyəcəklər”.

    E.Bağırov bildirib ki, diaqnostik qiymətləndirmə başa çatandan sonra müəllimlərin sertifikasiyası keçiriləcək. Nazirlik rəsmisi qeyd edib ki, hazırda sertifikasiyada hansı müəllimlərin iştirak edəcəyinə dair dəqiq qərar verilməyib: “Təbii ki, bu proses bütün müəllimləri əhatə etməyəcək. İlkin olaraq müəyyən bir hədəf qrupu seçiləcək. Çünki 150 min müəllimin bir günə sertifikasiyadan keçirilməsi mümkün deyil. Dövlət təhsil sənədi olmayan və müsabiqədən kənar işə qəbul olunanlar diaqnostik qiymətləndirməyə buraxılmadıqları kimi, sertifikasiyaya da iştirak etməyəcəklər”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi