Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycanda 35 yaşadək elmlər doktoru olan alimlərə dövlət tərəfindən ödəniləcək mükafatın məbləği açıqlanıb.
"Report"un xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev həmin şəxslərə 5000 manat mükafat veriləcəyini deyib.
Azərbaycanda 140 elmi müəssisənin olduğunu xatırladan D.Tağıyev qeyd edib ki, onların yalnız 40-ı, başqa sözlə 30 faizi AMEA-nın tabeliyindədir: "Elmi məhsuldarlığa baxdıqda, Tomson Reyters bazasına daxil olan elmi nəşrlərdə çap olunan məqalələrin 55 faizi AMEA-nın payına düşür. Dünyada tədqiqat və elmi tədqiqatla 7,8 milyon nəfər məşğul olur. Ümumilikdə son 10 ildə tədqiqat və elmi tədqiqatla məşğul olanların sayı 20 faiz artıb".