Azərbaycanda 35 yaşadək elmlər doktoru olan alimlərə ödəniləcək mükafatın məbləği açıqlanıb

Azərbaycanda 35 yaşadək elmlər doktoru olan alimlərə ödəniləcək mükafatın məbləği açıqlanıb Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycanda 35 yaşadək elmlər doktoru olan alimlərə dövlət tərəfindən ödəniləcək mükafatın məbləği açıqlanıb. 
Elm və təhsil
22 Noyabr , 2017 11:39
Azərbaycanda 35 yaşadək elmlər doktoru olan alimlərə ödəniləcək mükafatın məbləği açıqlanıb
Report

Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycanda 35 yaşadək elmlər doktoru olan alimlərə dövlət tərəfindən ödəniləcək mükafatın məbləği açıqlanıb. 

"Report"un xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev həmin şəxslərə 5000 manat mükafat veriləcəyini deyib.

Azərbaycanda 140 elmi müəssisənin olduğunu xatırladan D.Tağıyev qeyd edib ki, onların yalnız 40-ı, başqa sözlə 30 faizi AMEA-nın tabeliyindədir: "Elmi məhsuldarlığa baxdıqda, Tomson Reyters bazasına daxil olan elmi nəşrlərdə çap olunan məqalələrin 55 faizi AMEA-nın payına düşür. Dünyada tədqiqat və elmi tədqiqatla 7,8 milyon nəfər məşğul olur. Ümumilikdə son 10 ildə tədqiqat və elmi tədqiqatla məşğul olanların sayı 20 faiz artıb".

Son xəbərlər

Orphus sistemi