“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı keçirilib

“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı keçirilib Bu, "Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından ilk nəşrdir
Elm və təhsil
10 Mart , 2016 20:48
“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı keçirilib

Bakı. 10 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimat mərasimi keçirilib.

Bu barədə "Report"a Mərkəzin mətbuat xidmətindən bildirilib.

Mərasimi AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb və kitabın Azərbaycan multikulturalizmini dünyaya təqdim etmək baxımından əhəmiyyətli rol oynadığını vurğulayıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli hazırda ölkədə olduqca aktual xarakter daşıyan multikulturalizm dəyərlərinin Azərbaycan modeli haqqında söz açaraq bu modeli dünyaya təqdim etməyin zamanının gəlib çatdığını bildirib. Alim dünyada sülhün bərpası üçün Azərbaycan multikulturalizmi modelinin tətbiqinin gözəl nəticələr verə biləcəyini bildirib.

O bildirib ki, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı Azərbaycan ədəbiyyatının bütün əsrlər boyu humanizm mövqeyində dayandığını, insanpərvərlik, ədalət çarçısı, birlik-bərabərlik ideyalarının təbliğatçısı olduğunu çox aydın şəkildə göstərir.

Azərbaycan Respublikasının millətlərarası, multukulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev bildirib ki, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı“ Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından ilk nəşrdir. Hazırda bu seriyadan “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publilsistik qaynaqları” adlı ikinci kitab, paralel olaraq “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” adlı üçüncü kitab hazırlanır. Bu üç istiqamət faktiki olaraq Azərbaycan xalqının əsrlər boyu canında, qanında, beynində, fəaliyyətində, işində yaşatdığı əməllərin bariz nümunəsidir. 

Tədbirdən sonra Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi fondunda saxlanılan, mövzu ilə bağlı elmi və bədii ədəbiyyatın yer aldığı “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı sərgiyə baxış keçirilib. 

Son xəbərlər

Orphus sistemi