​“Azərbaycan multikulturalizmi” fənni üzrə monitorinqlərə start verilib

​“Azərbaycan multikulturalizmi” fənni üzrə monitorinqlərə start verilib Monitorinq zamanı tələbələrə “Dini müxtəliflik və multikulturalizm” mövzusunda mühazirə oxunub
Elm və təhsil
14 Aprel , 2016 19:53
​“Azərbaycan multikulturalizmi” fənni üzrə monitorinqlərə start verilib

Bakı. 14 aprel. REPORT.AZ/ Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan multikulturalizmi kafedrası, Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənləri üzrə monitorinqlərə start verilib.

Bu barədə "Report"a BSU-nun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) Nəqliyyat fakültəsində təhsil alan tələbələr arasında keçirilən ilk monitorinqi AMİU-nun İctimai fənlər kafedrasının dosenti Zəminə Əsgərova aparıb. BSU-nun Azərbaycan multikulturalizmi kafedrasının müdiri Ülviyyə Abbasova və Bakı Beynəlxalq Multikulturalizmi Mərkəzinin nümayəndəsi Aytən Məmmədova tələbələr arasında anonim sorğu keçiriblər.

Monitorinq zamanı tələbələrə “Dini müxtəliflik və multikulturalizm” mövzusunda mühazirə oxunub.

Son xəbərlər

Orphus sistemi