Yuxarı

Azərbaycan Dövlət İqtisad Universitetinin beş tələbəsi gələn il Fransaya gedəcək

ADİU-nun rektoru Ədalət Muradov azərbaycanlı tələbələrə yaradılan imkana görə səfirliyə və CEFAM nümayəndələrinə təşəkkür edib

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetinin beş azərbaycanlı tələbəsi gələn il Fransaya gedəcək. Onlar Fransa tərəfindən qazandıqları təqaüd üzrə təhsil alacaqlar.

"Report" xəbər verir ki, tələbələr Fransız-Amerikan Menecment Tədris Mərkəzi (CEFAM) və Fransanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən müsabiqə vasitəsilə seçilib.

Fransanın Azərbaycandakı səfirliyində tələbələrlə görüş zamanı səfir Oreliya Buşe bildirib ki, Fransa ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələsində Azərbaycana dəstək verməyə davam edəcək və tələbələrin Fransaya göndərilməsi də bu yöndə atılan addımdır.

Öz növbəsində, ADİU-nun rektoru Ədalət Muradov azərbaycanlı tələbələrə Fransada təhsil almaq üçün yaradılan imkana görə səfirliyə və CEFAM nümayəndələrinə təşəkkür edib.

Qeyd edək ki, müsabiqə dil və bacarıq testindən, "Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi" mövzusunda essedən və fərdi müsahibələrdən ibarət olub. Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən bu layihə Azərbaycan-Fransa əlaqələrinin və ölkələrimizin ali təhsil ocaqları arasındakı əməkdaşlığın daha da gücləndirilməsinə töhfə verəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi