"Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin çapı koronavirusa görə təxirə düşdü

"Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin çapı koronavirusa görə təxirə düşdü Yeni Azərbaycan dilinin orfoqrafiya lüğətinin çapı koronavirus təhlükəsi ilə əlaqədar olaraq, ölkə ərazisində tətbiq edilən bəzi sosial izolyasiya tədbirlərinə əsasən təxirə salınıb.
Elm və təhsil
18 Mart , 2020 17:25
Azərbaycan dilinin orfoqrafiya lüğətinin çapı koronavirusa görə təxirə düşdü
0 : 00
0 : 00

Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin çapı koronavirus təhlükəsi ilə əlaqədar olaraq, ölkə ərazisində tətbiq edilən bəzi sosial izolyasiya tədbirlərinə əsasən təxirə salınıb.

Bu barədə "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, təxirə salındığı üçün "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin çapı aprel ayında başa çatacaq:

"Biz lüğətin çapını Novruz bayramına qədər nəzərdə tutmuşduq. Demək olar ki, çap işləri yekunlaşmaq üzrə idi. Amma koronavirus təhlükəsi ilə əlaqədar həyata keçirilən təxirəsalınmaz tədbirlər səbəbindən lüğətin çapı gecikdirildi. Hazırda "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin çap işlərinin tamamlanması aprel ayında nəzərdə tutulur".

Qeyd edək ki, ötən ay Dilçilik İnstitutu tərəfindən "koronavirus" sözü iki sözün birləşməsindən əmələ gələn mürəkkəb söz kimi yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə salınıb. Bundan əlavə, "koronavirus" sözünün düzgün tələffüz forması ilin sonuna qədər çapdan çıxacaq "Azərbaycan dilinin Orfoepiya lüğəti"nə də əlavə olunacaq.

Xatırladaq ki, "Azərbaycan dilinin Orfoqrafiya lüğəti" təqribən 5 ildən bir çap olunur.

Son xəbərlər

Orphus sistemi