Yuxarı
    Bağlamaq

    “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” nəşr olunub

    Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” işıq üzü görüb.

    Tərcümə Mərkəzindən "Report"a verilən məlumata görə, sözlük – Azərbaycan dilinin söz ehtiyatının kəmiyyət üzrə deyil, saf Azərbaycan sözlərinin, eləcə də Azərbaycan dilinə daxil olmuş, işləklik qazanmış alınma sözlərin və terminlərin düzgün seçimi prinsipi üzrə tərtib edilib.

    “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün əsas fərqli cəhətləri – yazılışı əvvəlki orfoqrafiya lüğətlərində iki, bəzən üç variantda yer almış söz və terminlərin, eləcə də qüsurlu sözlərin vahid düzgün yazılış qaydası ilə verilməsi, işləkliyini itirmiş, lakin sahələr üzrə əhəmiyyətini saxlamış qədim sözlərin, oxşarköklü sözlərin yenidən işləklik qazanması, düzgün anlanması və tətbiqi məqsədi ilə izahlarla verilməsi, həmçinin əvvəlki orfoqrafiya lüğətlərində yer almamış mindən çox saf Azərbaycan sözlərini, həmçinin elm, texnologiya, idman, mədəniyyət, siyasət və s. sahələrdə işləklik qazanmışxeyli sayda terminləri özündə cəmləməsidir.

    Kitabın tərtibçisi Mərkəzin direktoru Afaq Məsud, redaktoru AMEA-nın həqiqi üzvü Nizami Cəfərovdur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi