Yuxarı

Azərbaycan bioloqlarının nailiyyətləri ABŞ-da kitab halında çap olunub

Kitaba yabanı təbiətdə yox olan bitki növləri daxil edilib

Bakı. 21 noyabr. REPORT.AZ/ "Qafqaz regionunun endem bitki növlərinin Qırmızı siyahısı" monoqrafiya əsəri ABŞ-da ingilis dilində nəşr olunub. "Report" xəbər verir ki, kitabda Qafqaz üçün məlum 2791 endem bitki növü arasından seçilən 1752 növün qorunma vəziyyətinin qiymətləndirilməsinin nəticələri verilib.

Əsər 6 Qafqaz ölkəsinin botaniklərinin fəaliyyəti nəticəsində hazırlanıb. Nəşrin Azərbaycan florasına həsr olunan hissəsinin müəllifləri qeyd edilən layihənin milli əlaqələndiricisi AMEA-nın müxbir üzvi, professor Validə Əlizadə və Botanika İnstitutunun əməkdaşlarıdır.

Layihə çərçivəsində AMEA Botanika İnstitutundan 5 iştirakçı kateqoriya və meyarlardan istifadə vasitəsilə məlumatların toplanması və region üzrə endem bitkilərin Qırmızı Siyahısının tərtib edilməsi prosesində İUCN-in eksperti təyin olunublar. Məlumat bazasına Azərbaycanda yayılan Qafqaz endemlərindən 200-ü milli və 950-si Qafqaz endemi kimi daxil edilib.

Təqdim olunan kitaba yabanı təbiətdə yox olan (nəsli kəsilən) 5 növ, kritik vəziyyətdə olan 169 növ, yox olmaqda olan (nəsli kəsilməkdə olan) 291 növ, həssas 272 növ, təhlükəyə yaxın olan 255 növ, az təhlükədə olan 242 növ, haqqında kifayət qədər məlumat olmayan 518 növ daxil edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi