Azərbaycan Alimlərinin I Qurultayı başlayıb

Azərbaycan Alimlərinin I Qurultayı başlayıb Azərbaycan Milli Elmlər Akademiyasında Qurultay Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb
Elm və təhsil
19 Dekabr , 2014 11:15
Azərbaycan Alimlərinin I Qurultayı başlayıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Alimlərinin I Qurultayı öz işinə başlayıb. "Report" xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin təşkilatçılığı ilə keçirilən qurultayın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabanda yerləşən məzarını ziyarət edib.

Qurultay Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan alimlərinin də iştirak etdiyi və internet üzərindən canlı yayımlanan Qurultayı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqları salamlayıb və ölkəmizdə ilk dəfə keçirilən bu qurultayın müasir dünyanın qlobal çağırışlarının, Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafının, həmçinin bu inkişafa adekvat olaraq Azərbaycan elmində gedən proseslərin məntiqi nəticəsi olduğunu bildirib.

Qurultayda Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası, Almaniya, Türkiyə və başqa ölkələrdə fəaliyyət göstərən 15 azərbaycanlı alimin də iştirak etdiyini vurğulayan akademik Akif Əlizadə alimlərin müasir zamanın çağırışlarından, ölkəmizin sosial-iqtisadi və mədəni-mənəvi inkişafından irəli gələn vəzifələrin müəyyənləşdirilməsində, həmçinin elm sahəsindəki mövcud problemlərin həllində səy və bacarıqlarını əsirgəməyəcəyinə, eləcə də qarşıya qoyulan vəzifələrin reallaşması istiqamətində həmrəylik nümayiş etdirəcəklərinə əminlik ifadə edib.

Hazırda Qurultay davam edir.

Son xəbərlər

Orphus sistemi