Yuxarı
    Bağlamaq

    ATU-nun yataqxanasının həyətindən əl qumbarası tapılması ilə bağlı məsələyə aydınlıq gətirilib

    Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycan Texnologiya Universiteti (ATU) ali məktəbin yataqxanasının həyətindən əl qumbarası tapılması ilə bağlı məsələyə münasibət bildirib

    Universetdən "Report"a verilən məlumata görə, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) hadisə ilə bağlı yaydığı informasiyada qeyri-dəqiqlik var. 

    Ali məktəbdən bildirilib ki, əl qumbarası universitetin hazırda istifadə olunmayan yataqxanasının həyətyanı ərazisindən tapılıb: "Yəni yataqxana istifadəyə yararsız vəziyyətdədir və daha əvvəl məcburi köçkünlərin məskunlaşdığı həmin binada və həyətyanı ərazisində nəzarətçidən başqa heç bir müəllim və ya tələbə kontingenti olmur. Universitetimizdə digər şəhər və rayonlardan gəlib təhsil alan tələbələr var. Yayımlanan məlumat həmin tələbələrin valideynlərində və yaxınlarında narahatlıq doğurub".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi