ATU-nun yataqxanasının həyətindən əl qumbarası tapılması ilə bağlı məsələyə aydınlıq gətirilib

ATU-nun yataqxanasının həyətindən əl qumbarası tapılması ilə bağlı məsələyə aydınlıq gətirilib Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycan Texnologiya Universiteti (ATU) ali məktəbin yataqxanasının həyətindən əl qumbarası tapılması ilə bağlı məsələyə münasibət bildirib.
Elm və təhsil
22 Noyabr , 2018 12:42
ATU-nun yataqxanasının həyətindən əl qumbarası tapılması ilə bağlı məsələyə aydınlıq gətirilib

Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycan Texnologiya Universiteti (ATU) ali məktəbin yataqxanasının həyətindən əl qumbarası tapılması ilə bağlı məsələyə münasibət bildirib

Universetdən "Report"a verilən məlumata görə, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) hadisə ilə bağlı yaydığı informasiyada qeyri-dəqiqlik var. 

Ali məktəbdən bildirilib ki, əl qumbarası universitetin hazırda istifadə olunmayan yataqxanasının həyətyanı ərazisindən tapılıb: "Yəni yataqxana istifadəyə yararsız vəziyyətdədir və daha əvvəl məcburi köçkünlərin məskunlaşdığı həmin binada və həyətyanı ərazisində nəzarətçidən başqa heç bir müəllim və ya tələbə kontingenti olmur. Universitetimizdə digər şəhər və rayonlardan gəlib təhsil alan tələbələr var. Yayımlanan məlumat həmin tələbələrin valideynlərində və yaxınlarında narahatlıq doğurub".

Son xəbərlər

Orphus sistemi