Yuxarı

AMEA prezidenti İsrailə səfər edəcək

Səfər çərçivəsində İsrailin bir sıra universitetlərində görüşlərin keçirilməsi də planlaşdırılır

Bakı. 17 fevral. REPORT.AZ/ AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 23-dən 28-nə kimi İsraildə səfərdə olacaq. Bu barədə "Report"a Akademiyadan məlumat verilib.

İsrailin Azərbaycandakı səfiri Rafael Harpazın dəvəti ilə baş tutacaq səfərdə AMEA ilə İsrailin Təbiət və Humanitar Elmlər Akademiyası arasında elm və texnologiya sahəsində əməkdaşlığa dair sazişin imzalanması nəzərdə tutulub.

Səfər çərçivəsində İsrailin bir sıra universitetlərində görüşlərin keçirilməsi də planlaşdırılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi