AMEA prezidenti İsrailə səfər edəcək

AMEA prezidenti İsrailə səfər edəcək Səfər çərçivəsində İsrailin bir sıra universitetlərində görüşlərin keçirilməsi də planlaşdırılır
Elm və təhsil
17 Fevral , 2015 13:53
AMEA prezidenti İsrailə səfər edəcək

Bakı. 17 fevral. REPORT.AZ/ AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 23-dən 28-nə kimi İsraildə səfərdə olacaq. Bu barədə "Report"a Akademiyadan məlumat verilib.

İsrailin Azərbaycandakı səfiri Rafael Harpazın dəvəti ilə baş tutacaq səfərdə AMEA ilə İsrailin Təbiət və Humanitar Elmlər Akademiyası arasında elm və texnologiya sahəsində əməkdaşlığa dair sazişin imzalanması nəzərdə tutulub.

Səfər çərçivəsində İsrailin bir sıra universitetlərində görüşlərin keçirilməsi də planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi