AMEA prezidenti: "Gənc alimlər ingilis dilini ən azı TOEFL səviyyəsində bilməlidirlər"

AMEA prezidenti: "Gənc alimlər ingilis dilini ən azı TOEFL səviyyəsində bilməlidirlər" Akif Əlizadə: "Artıq bununla bağlı qərar qəbul olunub, geriyə yol yoxdur"
Elm və təhsil
6 Noyabr , 2015 12:46
AMEA prezidenti: Gənc alimlər ingilis dilini ən azı TOEFL səviyyəsində bilməlidirlər

Bakı. 6 noyabr. REPORT.AZ/ "Gənc alimlər ingilis dilini ən azı TOEFL səviyyəsində bilməlidirlər". Bunu “Report”un sualını cavablandıran  Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə deyib. 

O qeyd edib ki, elmlə məşğul olan gənclərin ingilis dilini bilməsi olduqca vacibdir.

AMEA prezidenti hesab edir ki, bu gün ingilis dilini bilməyən gənc alim elmdə addımlaya bilməz: “Hazırda bir çoxu xarici dili yaxşı səviyyədə öyrənib xaricdə təhsil almağa gedirlər. Əgər belədirsə, bu yanaşma niyə də Azərbaycanda tətbiq olunmasın? İstedadlı gənc elmə gəlmək istəyirsə və bu sahəni seçib akademiyaya gəlib ingilis dilini bilmirsə, onda biz onu xaricə təcrübə qazanmaq üçün göndərə bilmirik”. 

A.Əlizadə deyib ki, artıq bununla bağlı qərar qəbul olunub: "Geriyə yol yoxdur. Hesab edirəm ki, gənc alimlərin xarici dil bilmə keyfiyyəti yüksək olmalıdır. Qlobal şəraitdə mükəmməl ingilis dilini bilməsələr, o zaman gənclər nə xarici ədəbiyyatı oxuya, nə də konfranslarda çıxış edən alimlərin məsləhətlərini qavraya biləcəklər. Builki şərtlər pilot layihədir. İnanıram ki, gənclər bizi düzgün başa düşər”.

Son xəbərlər

Orphus sistemi