Yuxarı

​AMEA-nın vitse-prezidenti: “Elmə ayrılan vəsait yetərli deyil”

“Doktorantlar xaricdə təhsil almalıdır”

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycan parlamentinin 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən deputat, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli elmə ayrılan vəsaitin yetərli olmadığını söyləyib. “Report”un məlumatına görə, İ.Həbibbəyli deyib ki, AMEA-da elm sahəsindəki inkişaf üçün gələn ilin dövlət büdcəsindən ayrılan vəsait tam yetərli deyil. O, həmçinin qeyd edib ki, nəinki Akademiyada, eləcə də digər sahələrin inkişaf etdirilməsində elmin gücü böyükdür: “AMEA-da gəlirlər qazanmaq üçün ayrı-ayrı sahələrdə addımlar atır. Qeyd edim ki, bu il təcrübə sınaq zavodu AMEA-nın brendi ilə neft istehsal edəcək. Bütün bu kimi nailiyyətlər üçün, elm üçün xərclər nəzərdə tutularkən artımı nəzərə almaq lazımdır”.

AMEA-nın vitse-prezidenti bakalavr və magistrlarla yanaşı, doktorantların da xaricdə təhsil almasına ehyitac olduğunu deyib: “Buna görə də Təhsil Nazirliyinin mövcud xaricdə təhsil almaq proqramlarına ayrılan vəsait artırılmalıdır. Doktorantların vahid qaydada və eyni proqram əsasında xaricdə təhsil almalarını təmin etmək faydalı ola bilər”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi