Yuxarı

AMEA-nın vitse-prezidenti: "Prezidentin Azərbaycan dilinin saflığının qorunması ilə bağlı fərmanı alimlər qarşısına çox mühüm vəzifələr qoyub"

Biz Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparırıq

Bakı. 7 noyabr. REPORT.AZ/ "Biz Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparırıq".

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda keçirilən “İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı mərasimində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O xatırladıb ki, noyabr ayının 1-də "Azərbaycan Prezident İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb: "Bu fərman bizim alimlərin qarşısına çox mühüm vəzifələr qoyub. Bunun məntiqindən doğan məsələlərdən biri də milli terminologiyanın yaradılmasıdır. Yeni orfoqrafiya qaydaları hazırlanarkən bəziləri deyirdilər ki, ərəb sözünü dəyişib azərbaycanca yazsaq, dilimiz əldən gedəcək. Sözlər iki "y" ilə deyildikdə ərəbcə səslənir, bir "y" ilə yazılanda azərbaycanca səslənir. Neçə illərdir ki, dilimizdə apostrof götürülüb. Apostrof Azərbaycan dilinə ərəb dilindən gəlmədir, o, düzgün olaraq, dilimizdən götürülüb. Apostrof götürüldüyü halda, vaxtilə apostrofla yazılan sözlərin yenə də apostroflu söz kimi sətirdən-sətrə keçməsini istəmirdik. Ərəb dili aşiqləri deyirlər ki, apostrof səhv olaraq ləğv edilib, apostrofu geri qaytarmaq lazımdır. İndi görürəm ki, onların hamısı indi televizorda dilimizin saflığından danışırlar. O adamlar ki, ərəb, fars tərəfdarıdırlar, bundan ötrü imza toplayırdılar, indi onlar ayrı söz danışırlar".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi