AMEA-nın kollektivi Fəxri xiyabanı ziyarət edib

AMEA-nın kollektivi Fəxri xiyabanı ziyarət edib Elmi-mədəni həyatda mühüm rol oynayan digər görkəmli şəxsiyyətlərin də xatirələri yad edilib
Elm və təhsil
9 Noyabr , 2015 11:33
AMEA-nın kollektivi Fəxri xiyabanı ziyarət edib

Bakı. 9 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) kollektivi akademiyanın 70 illik yubileyi ilə əlaqədar bu gün Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. "Report" xəbər verir ki, AMEA kollektivi görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə güllər düzüblər.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin, ölkənin ictimai-siyasi, elmi-mədəni həyatında mühüm rol oynamış digər görkəmli şəxsiyyətlərin də xatirələri yad edilib, məzarları üstünə güllər qoyulub.

Son xəbərlər

Orphus sistemi