AMEA-nın Humanitar Elmlər Bölməsi üzrə doktoranturaya qəbulun nəticələri təsdiqlənib

AMEA-nın Humanitar Elmlər Bölməsi üzrə doktoranturaya qəbulun nəticələri təsdiqlənib Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib. 
Elm və təhsil
1 Mart , 2018 15:02
AMEA-nın Humanitar Elmlər Bölməsi üzrə doktoranturaya qəbulun nəticələri təsdiqlənib
Report

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib. 

Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

İclası giriş sözü ilə açan akademik İsa Həbibbəyli iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Elmi-təşkilati məsələlərdən ilk olaraq bölmənin elmi müəssisələrində 2017/18-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə dissertantura, elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri müzakirə olunub. Akademik İsa Həbibbəyli bildirib ki, dissertasiya mövzularını müəyyənləşdirərkən müasir elmin qarşısında duran əsas tələb və vəzifələr nəzərə alınmalı, eyni zamanda mühüm sosial-iqtisadi və mədəni-mənəvi əhəmiyyət kəsb etməlidir.

Bölmənin akademik-katibi, akademik Teymur Kərimli doktorant və dissertantlara gələcəkdə də müvafiq elmi sahələrin perspektiv inkişafı üçün əhəmiyyətli mövzulara üstünlük verilməsini tövsiyə edib.

Müzakirələrdən sonra bölmə qəbulun nəticələrini təsdiq edib, mövzuların Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.

Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yeni strukturunun təsdiqi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun strukturunda dəyişiklik edilməsi məqsədilə Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması ilə bağlı qərarlar qəbul olunub.

Sonda bir sıra kadr məsələsinə baxılıb.

Son xəbərlər

Orphus sistemi