Yuxarı

AMEA Milli Azərbaycan Tarixi Muzeyinə VII əsrə məxsus qızıl məmulatlar təhvil verilib

Qafar Cəbiyev: Antik qızıl məmulatları Ağsu rayonunun Bəyimli kəndində Mehravan qalasından tapılıb

Bakı. 23 dekabr. REPORT.AZ/ AMEA Milli Azərbaycan Tarixi Muzeyinə VII əsrə məxsus qızıl məmulatlar təhvil verilib. Bu barədə "Report"a muzeyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, muzeyə Ağsu Arxeoloji ekspedisiyasinin rəisi, t.e.d. Qafar Cəbiyev tərəfindən arxeoloji qazıntılar zamanı aşkar olunan çoxsaylı maddi-mədəniyyət nümunələri içindən tapılan qırmızı qaşlı qızıl üzük və qızıl zəncirin halqası təhvil verilib.

Arxeoloqun dediyinə görə, antik qızıl məmulatları Ağsu rayonunun Bəyimli kəndində Mehravan qalasından tapılıb və təxminən VII əsri əhatə edir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi