Yuxarı

AMEA-da struktur dəyişikliyi olub

AMEA-da struktur dəyişikliyi olub
© Report

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən bir neçə tanınmış akademikin adına təsis edilən mükafatlar təsdiq edilib.

"Report" xəbər verir ki, bu barədə qərar AMEA-nın Rəyasət Heyətinin keçirilən növbəti iclasında qərar qəbul edilib.

AMEA əməkdaşlarının elmi, elmi-təşkilati, texnoloji, ictimai və təsərrüfat fəaliyyətini qiymətləndirmək məqsədilə AMEA-nın Xatirə nişanı, habelə AMEA-nın Akademik Əşrəf Hüseynov adına mükafatı, Akademik Əli Quliyev adına mükafatı, Akademik Vahab Əliyev adına mükafatı, Akademik Mirəli Qaşqay adına mükafatı, Akademik Ələşrəf Əlizadə adına mükafatı, Akademik Cəlal Əliyev adına mükafatı, Akademik Məmməd Cəfər Cəfərov adına mükafatı, Akademik Məmmədağa Şirəliyev adına mükafatı və Abbasqulu Ağa Bakıxanov adına mükafatı haqqında əsasnamələr təsdiq edilib.

Eyni zamanda növbəti qərarla Rəyasət Heyəti aparatının idarə və şöbələrinin yeni əsasnamələri təsdiqlənib.

Rəyasət Heyəti tərəfindən AMEA-nın Zoologiya İnstitutunda Paleozoologiya laboratoriyasının yaradılması, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin strukturunda qismən dəyişiklik edilməsi qərara alınıb.

AMEA və Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının qəbul etdiyi birgə qərara əsasən elmi istiqamətlər üzrə yeni elmi şuralar yaradılaraq sədrləri təsdiqlənib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi