AMEA bu il magistrlər üçün 63 yer ayırıb

AMEA bu il magistrlər üçün 63 yer ayırıb Müsahibə mərhələsi iyunun 13, 14, 16-sı və 17-də baş tutacaq
Elm və təhsil
4 Fevral , 2016 16:35
AMEA bu il magistrlər üçün 63 yer ayırıb

Bakı. 4 fevral. REPORT.AZ/ AMEA-nın magistraturasına 2016/2017-cı tədris ili üçün qəbul planı açıqlanıb. "Report" xəbər verir ki, akademiyanın institutlarında 15 ixtisas üzrə 63 yer ayrılıb.

Xatırladaq ki, magistratura səviyyəsinə ərizə qəbulu fevralın 10-dan 19-na kimi davam edəcək. İmtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək.

AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların qeydiyyatı 9-12 iyun, müsahibəsi isə iyunun 13, 14, 16-sı və 17-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi