Yuxarı

​AMEA 2015/2016-cı tədris ili üçün doktorantura və dissertanturaya qəbul elan edib

Sənədlər bu gündən başlayaraq noyabrın 5-dək qəbul olunacaq

Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2015/2016-cı tədris ili üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktoranturaya, eləcə də dissertanturaya qəbul elan edib. "Report" xəbər verir ki, sənədlər bu gündən başlayaraq noyabrın 5-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək qəbul ediləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik dərəcəsi olan ) Azərbaycan vətəndaşları qəbul edilir.

Əlavə məlumat almaq üçün Akademiyanın Elm və Təhsil İdarəsinə müraciət etmək olar. 

Xatırladaq ki, AMEA-nın fəlsəfə doktoru proqramı üzrə doktoranturaya yalnız əyani olmaqla 93 plan yeri verilib. Bu il üçün akademiyada fəlsəfə doktoru proqramı üzrə qiyabi təhsil forması olmayacaq. Fəlsəfə doktorluğu proqramı üzrə dissertanturaya isə 136 plan yeri təsdiqlənib.

Elmlər doktoru proqramı üzrə doktoranturaya cəmi 41 plan yeri təsdiq olunub. Həmin yerlərdən 2-si əyani, 39-u isə qiyabidir. Elmlər doktoru üzrə dissertanturaya isə 76 plan yeri təsdiq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi