Yuxarı

Ali təhsil müəssisələrinin vakant yerlərinə ixtisas seçimi başlayıb

Dövlət və özəl ali təhsil müəssisələri üçün ayrılan plan yerlərinin 16,88 faizi boş qalıb

Bakı. 14 avqust. REPORT.AZ/ Bu gündən ali təhsil müəssisələrinin vakant yerlərinə ixtisas seçimi başlayır. "Report" xəbər verir ki, avqustun 19-dək davam edəcək mərhələdə eyni zamanda, 11 illik təhsil bazasında kolleclərə qəbul prosesi də həyata keçiriləcək.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 8-ci sayında dərc olunub.

Eyni zamanda, tələbə adı qazanan şəxslər avqustun 14-dən 24-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Bu müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Xatırladaq ki, bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında dövlət və özəl ali təhsil müəssisələri üçün ayrılmış plan yerlərinin 83,12 faizi dolub, 16,88 faizi (6555 yer) vakant qalıb.

Qəbul planı I qrup üzrə 82,94 faiz, II qrup üzrə 78,16 faiz, III qrup üzrə 89,57 faiz, IV qrup üzrə 79,87 faiz, IV qrup üzrə 86,84 faiz dolub. Ən çox vakant yerlər II (21,84) faiz), ən az vakant yerlər III qrupda (10,43 faiz) qalıb.

Qeyd edək ki, ali təhsil müəssisələrinin 38 831 plan yerinin müsabiqəsində iştirak etmək üçün 38 763 abituriyent iştirak edib. Onlardan 32 276 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Qəbul olanların 15 406 nəfərini oğlanlar, 16 870 nəfərini qızlar təşkil edir. 13 816 abituriyent Azərbaycan bölməsi üzrə, 1 590 abituriyent isə rus bölməsi üzrə tələbə adını qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi