Parlamentdən "Report"a verilən məlumata görə, Elm və təhsil komitəsinin sədri
O qeyd edib ki, hazırda “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması prosesinə start verilib: "2009-cu ildən sonra dünyada təhsil sistemində böyük dəyişikliklər olub. Çalışacağıq ki, həm dünya təcrübəsində olan dəyişikliklər, həm də Azərbaycan təhsilindəki yeniliklər layihədə öz əksini tapsın".
İclasda qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun yaradılması məsələsinə baxılıb. İşçi qrupunun sədri İsa Həbibbəyli, sədr müavinləri deputat Bəxtiyar Əliyev və Təhsil nazirinin müavini İdris İsayevdir. İşçi qrupunda deputatlar - Şəmsəddin Hacıyev, Ağacan Abıyev, Kəmalə Əliyeva, Musa Qasımlı, Pərvin Kərimzadə, Asim Mollazadə, həmçinin Təhsil Nazirliyinin mütəxəssisləri təmsil olunurlar.
İ.Həbibbəyli bildirib ki, bu qanun Konstitusiyanın müvafiq maddəsinə uyğun olaraq, ölkəmizdə ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilatı-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Sənəddə ali təhsilin təşkili, bu sahənin işçilərinin attestasiyasi, müəssisələrin idarə olunması və maliyyələşdirilməsi, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələri, ali təhsil sahəsində sahibkarlıq və innovasiya fəaliyyəti və bir sıra digər məsələlər öz əksini tapacaq. Layihədə eyni zamanda ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamlar da nəzərdə tutulub.
Müzakirələr zaman çıxış edən deputatlar - Bəxtiyar Əliyev, Şəmsəddin Hacıyev, Musa Qasımlı, Asim Mollazadə, Pərvin Kərimzadə, Ağacan Abıyev, Rafael Hüseynov və Təhsil Nazirliyinin təmsilçiləri - İdris İsayev, Yaqub Piriyev, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə hazırlanacaq qanun layihəsi ilə bağlı fikirlərini bildirib, təkliflərini veriblər.