Ali məktəblərə və magistraturaya qəbul olanların qeydiyyatı başa çatıb - YENİLƏNİB

Ali məktəblərə və magistraturaya qəbul olanların qeydiyyatı başa çatıb - YENİLƏNİB Qeydiyyat bu gün saat 17:00‑də yekunlaşıb
Elm və təhsil
28 Avqust , 2017 17:00
Ali məktəblərə və magistraturaya qəbul olanların qeydiyyatı başa çatıb - YENİLƏNİB
Report

Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı başa çatıb.

“Report”un məlumatına görə, qeydiyyat bu gün saat 17:00‑də yekunlaşıb. 

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qəbul olanların təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.


*** 09:42

Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən “Report”a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər və bakalavrlar avqustun 28-i saat 17:00‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qəbul olanlar tələb olunan sənədlərin siyahısını ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Qəbul olanların təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan (II mərhələ) abituriyentlərin qeydiyyatı isə avqustun 31-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi