Yuxarı
    Bağlamaq

    Akif Əlizadə: "Nanotexnologiyaların neft sahəsində tətbiqinə dair ARDNŞ-ə təkliflər göndəriləcək"

    Təcrübə-sənaye zavodunu bir ay ərzində texnoparka çevirmək mümkündür

    Bakı. 9 yanvar. REPORT.AZ/ "Neft yataqlarının səmərəli istismarını həyata keçirmək üçün kimya, biologiya və digər elmlərin nəailiyyətlərindən yararlanmaq, nanotexnologiyaların neft sahəsində tətbiqinə dair tədqiqatlar aparmaq və ARDNŞ-ə öz təkliflərimizi irəli sürməliyik". "Report" xəbər verir ki, bunu AMEA prezidenti Akif Əlizadə Azərbaycanda neft yataqlarının işlənməsi və istismarı üsulları ilə bağlı müzakirələrə həsr olunan görüşdə deyib.

    Onun sözlərinə görə, bu, həm də neft sahəsində fəaliyyət göstərən mütəxəssislərlə alimlərimizin əməkdaşlığının təmini baxımından əhəmiyyətlidir.

    A.Əlizadə AMEA-nın Təcrübə-sənaye zavodunun fəaliyyətindən söz açaraq, bu müəssisəni bir ay ərzində texnoparka çevirməyin mümkün olduğunu diqqətə çatdırıb: "Əsas məqsəd hər bir alimin öz təcrübəsinə əsaslanaraq böyük maliyyə sərf etmədən neftin çıxarılması üçün ən səmərəli üsulu təklif etməsidir".

    Görüşdə çıxış edən akademik Hətəm Quliyev isə  bildirib ki, neft hasilatının artırılması bu gün dünya alimləri qarşısında duran əsas problemlərdəndir: "Azərbaycanda da alimlərimiz bu sahədə mövcud problemlərin həlli ətrafında birləşməli, elmi-texniki layihə hazırlamalı, onun idarəetmə üsulunu müəyyənləşdirməlidir". Alim bu istiqamətdə ölkəmizdə böyük elmi potensialın olduğunu da nəzərə çatdırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi