Akif Əlizadə: "Nanotexnologiyaların neft sahəsində tətbiqinə dair ARDNŞ-ə təkliflər göndəriləcək"

Akif Əlizadə: "Nanotexnologiyaların neft sahəsində tətbiqinə dair ARDNŞ-ə təkliflər göndəriləcək" "Təcrübə-sənaye zavodunu bir ay ərzində texnoparka çevirmək mümkündür"
Elm və təhsil
9 Yanvar , 2015 14:03
Akif Əlizadə: Nanotexnologiyaların neft sahəsində tətbiqinə dair ARDNŞ-ə təkliflər göndəriləcək

Bakı. 9 yanvar. REPORT.AZ/ "Neft yataqlarının səmərəli istismarını həyata keçirmək üçün kimya, biologiya və digər elmlərin nəailiyyətlərindən yararlanmaq, nanotexnologiyaların neft sahəsində tətbiqinə dair tədqiqatlar aparmaq və ARDNŞ-ə öz təkliflərimizi irəli sürməliyik". "Report" xəbər verir ki, bunu AMEA prezidenti Akif Əlizadə Azərbaycanda neft yataqlarının işlənməsi və istismarı üsulları ilə bağlı müzakirələrə həsr olunan görüşdə deyib.

Onun sözlərinə görə, bu, həm də neft sahəsində fəaliyyət göstərən mütəxəssislərlə alimlərimizin əməkdaşlığının təmini baxımından əhəmiyyətlidir.

A.Əlizadə AMEA-nın Təcrübə-sənaye zavodunun fəaliyyətindən söz açaraq, bu müəssisəni bir ay ərzində texnoparka çevirməyin mümkün olduğunu diqqətə çatdırıb: "Əsas məqsəd hər bir alimin öz təcrübəsinə əsaslanaraq böyük maliyyə sərf etmədən neftin çıxarılması üçün ən səmərəli üsulu təklif etməsidir".

Görüşdə çıxış edən akademik Hətəm Quliyev isə  bildirib ki, neft hasilatının artırılması bu gün dünya alimləri qarşısında duran əsas problemlərdəndir: "Azərbaycanda da alimlərimiz bu sahədə mövcud problemlərin həlli ətrafında birləşməli, elmi-texniki layihə hazırlamalı, onun idarəetmə üsulunu müəyyənləşdirməlidir". Alim bu istiqamətdə ölkəmizdə böyük elmi potensialın olduğunu da nəzərə çatdırıb.

Son xəbərlər

Orphus sistemi