Akif Əlizadə AMEA-da musiqi ansamblının yaradılması məsələsinə münasibət bildirib

Akif Əlizadə AMEA-da musiqi ansamblının yaradılması məsələsinə münasibət bildirib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə AMEA əməkdaşlarından ibarət musiqi ansamblının yaradılması məsələsinə münasibət bildirib.
Elm və təhsil
23 Oktyabr , 2019 10:06
Akif Əlizadə AMEA-da musiqi ansamblının yaradılması məsələsinə münasibət bildirib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə AMEA əməkdaşlarından ibarət musiqi ansamblının yaradılması məsələsinə münasibət bildirib.

A.Əlizadə "Report"a açıqlamasında gənc yaşlarında Akademiyada gözəl musiqi qrupu yaratdığını deyib.

O qeyd edib ki, qrupda müğənni də olub: "Biz hətta Bakı festivalında iştirak edirdik. Akademiya olaraq qalib də gəlirdik. Söhbət 1962-ci ildən gedir. İstəyirik ki, bugünkü gənclər üçün də şərait yaradaq. Bu gün akademiyada şeir deyən, rəqs edən, diskussiya aparan, piano çalan əməkdaşlar var. İstəyimiz odur ki, onların hamısını canlandıraq. Akademiya təkcə elm məkanı deyil. Burada canlı həyat var".

A.Əlizadə bildirib ki, bu işin AMEA-nın Gənc Alimlər Şurası və Azad Həmkarlar İttifaqına tapşırılması nəzərdə tutulub: "Onların təşəbbüsü ilə bu təklif həyata keçiriləcək".

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqının (AHİ) Məclisinin iclasında AHİ-nin sədri Habil Qurbanov AMEA əməkdaşlarından ibarət musiqi ansamblının yaradılmasının planlaşdırıldığını bildirib.

Son xəbərlər

Orphus sistemi