ADU Koreya universiteti ilə əməkdaşlıq edəcək

ADU Koreya universiteti ilə əməkdaşlıq edəcək ADU və Dongduk Qadınlar Universiteti arasında memorandum imzalanıb
Elm və təhsil
22 Fevral , 2016 20:20
ADU Koreya universiteti ilə əməkdaşlıq edəcək

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov Koreyanın Dongduk Qadınlar Universitetinin professoru, Ümumi işlər və müəllimlik peşəsinin Türkiyə və Avroasiya ölkələri üzrə mütəxəssisi Oh Eun-Kyungu qəbul edib. Bu barədə "Report"a ADU-nun İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib. 

Dünyamin Yunusov çıxışında universitetin elmi tədqiqat işlərində bir çox naliyyətlərin əldə olunduğunu bildirib. ADU-da üç jurnalın nəşr olunduğunu deyən D.Yunusov koreyalı professor Yanq Hyun Kvonun Elmi Xəbərlər jurnalının redaksiya şurasına üzv olduğunu qonağın diqqətinə çatdırıb. 

ADU-da 22 dilin tədris olunduğunu bildirən professor Dünyamin Yunusov universitetdə müxtəlif dil və mədəniyyət mərkəzlərinin də fəaliyyət göstərdiyini deyib. ADU-nun beynəlxalq əlaqələrinin inkişaf etdiyini qeyd edən D.Yunusov Dongduk Qadınlar universiteti ilə də əməkdaşlıqdan məmnun olduğunu sözlərinə əlavə edib.

ADU-da olmaqdan məmnunluğunu dilə gətirən Koreyanın Dongduk Qadınlar Universitetinin professoru Oh Eun-Kyung təmsil etdiyi ali təhsil ocağı haqqında məlumat verib. O, Dongduk Qadınlar Universitetinin 1950-ci ildə Dongduk Qızlar Universiteti kimi yaradıldığını bildirib. Oh Eun-Kyung universitetinin 10 ölkənin 23 universiteti ilə əməkdaşlıq etdiyini qeyd edib. O bu gün imzalanacaq müqavilənin iki dövlət və universitet arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Sonda ADU və Dongduk Qadınlar Universiteti arasında memorandum imzalanıb.

Memorandumda universitetlər arasında akademik və elmi araşdırmaları, davamlı əməkdaşlığı inkişaf etdirmək, müəllim-tələbə mübadiləsini həyata keçirmək, elmi sahədə müxtəlif resurslarla, kitablarla təmin etmək qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi