Yuxarı

ADU işdən çıxarılan dekanın yerinin tutulması üçün müsabiqə elan edib

ADU işdən çıxarılan dekanın yerinin tutulması üçün müsabiqə elan etdi

Bakı. 13 fevral. REPORT.AZ/ Аzərbаycаn Dillər Univеrsitеti (ADU) filologiya və jurnalistika fakültəsinin dekanı vəzifəsini tutmaq üçün müsabiqə elan edib.

“Repot”un xəbərinə görə, universitetin elan etdiyi müsabiqədə ümumilikdə 15 vakant yer çıxarılıb. Həmin vakansiyalar aşağıdakılardır:

1. Filologiya və jurnalistika fakültəsi nəzdində ingilis dilinin leksikologiyası və üslubiyyatı kafedrası – dosent, 2 ştat baş müəllim, 1 ştat

2. Təhsil fakültəsi nəzdində ingilis dilinin leksikologiyası və üslubiyyatı – 1 kafedrası baş müəllim, 0,5 ştat

3. Təhsil fakültəsi nəzdində xarici dillərin tədrisi metodikası kafedrası – baş müəllim, 1 ştat

4. Filologiya və jurnalistika fakültəsi nəzdində xarici dillər kafedrası – dosent, 1,75 ştat, baş müəllim, 2 ştat

5. Tərcümə və mədəniyyətşünaslıq fakültəsi nəzdində xarici dillər kafedrası – dosent, 1 ştat, baş müəllim, 0,75 ştat

6. Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində xarici dillər kafedrası – baş müəllim, 0,5 ştat

7. Linqvokulturologiya kafedrası – baş müəllim, 2 ştat

8. Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası – dosent, 1 ştat

9. German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası – baş müəllim, 1 ştat

10. Təlimdə innovasiyalar kafedrası – kafedra müdiri, baş müəllim, 1 ştat

11. Beynəlxalq münasibətlər kafedrası – baş müəllim, 1 ştat

12. Qafqazşünaslıq kafedrası – dosent, 0,5 ştat

13. Azərbaycan dilçiliyi kafedrası – dosent, 3 ştat

14. Ümumi dilçilik kafedrası – dosent, 0,5 ştat

15. İnformasiya texnologiyaları kafedrası – dosent, 0,25 ştat

16. Filologiya və jurnalistika fakültəsi – dekan

Qeyd edək ki, bir neçə gün bundan öncə ADU-nun Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli vəzifəsindən azad olunub.

Səid Qərib

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi