ADNSU-ya yeni prorektor təyinatı olub

ADNSU-ya yeni prorektor təyinatı olub Bakı. 6 iyul. REPORT.AZ/ Adilxan Xəlilov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnzibati-təsərrüfat işləri üzrə prorektoru təyin olunub.
Elm və təhsil
6 İyul , 2018 19:40
ADNSU-ya yeni prorektor təyinatı olub

Bakı. 6 iyul. REPORT.AZ/ Adilxan Xəlilov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnzibati-təsərrüfat işləri üzrə prorektoru təyin olunub. 

Ali təhsil müəssisəsindən "Report"a verilən məlumata görə, bununla bağlı təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.  

ADNSU-nun rektoru, professor Mustafa Babanlı onu Universitetin əməkdaşlarına təqdim edib. 

Qeyd edək ki, A.Xəlilov uzun onilliklər ərzində inzibati-təsərrüfat işləri sahəsində müxtəlif vəzifələrdə, o cümlədən Azərbaycan Müəllimlər İnstitunda on ildən çox müddət ərzində İnzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb. Azərbaycan Müəllimlər İnstitutunda işlədiyi dövrdə o Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 dekabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi