Yuxarı
    Bağlamaq

    ADNSU və "Təmiz Şəhər" ASC əməkdaşlığa başlayıb

    Artıq əməkdaşlıq istiqamətində işlər görülməyə başlayıb

    Bakı. 28 aprel. REPORT.AZ/ "Təmiz Şəhər" ASC və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) əməkdaşlığa başlayıb. ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sənaye müəssisəsinin təcrübəsi və ali təhsil ocağının elmi nəzəri naliyyətləri birləşir.

    Tərəflər arasında aprel ayında əməkdaşlıqla bağlı imzalanmış müqaviləyə əsasən, ADNSU-nun elmi potensialından sitifadə olunaraq tədiqat işləri aparılacaq və araşdırmaların nəticələri “Təmiz Şəhər”in işində istifadə olunacaq. Həmçinin, ASC-nin mütəxəssisləri universitetdə tullantıların idarə olunması mövzusunda mütəmadi olaraq xüsusi mühazirələr keçəcək. Müəllim və tələbələr səhmdar cəmiyyətin zavodlarını, sənaye parkını, tullantı poliqonunu ziyarət edəcəklər. Bu səfərlər məlumatlandırıcı xarakter daşıyacaq.

    Artıq əməkdaşlıq istiqamətində işlər görülməyə başlayıb və "Təmiz Şəhər"in mütəxəssislərinin iştirakı ilə universitetdə bir neçə mühazirə təşkil olunub.

    Bu gün isə hər iki qurumun rəhbərliyinin, ADNSU-nun professor - müəllim, tələbə kollektivinin, ASC-nin mütəxəssislərinin iştirakı ilə geniş konfrans keçirilib. Tədbirdə “Təmiz Şəhər”in idarə etdiyi Balaxanı sanitar poliqonu və Balaxanı Sənaye Parkı barədə geniş məlumat verilib.

    Konfransda çıxış edən ASC-nin idarə heyətinin sədri Zakir İbrahimov elmi tədqiqat müəssisələri ilə sənayenin iş birliyinin qurulması təcrübəsinin dünyanın inkişaf etmiş ölkələrində geniş yayıldığına diqqət çəkərək, bu təcrübənin Azərbaycanda tətbiqinin hər iki sahənin inkişafı üçün əhəmiyyətli olacağını vurğulayıb.

    ADNSU-nun rektoru Mustafa Babanlı isə sənaye müəssisələri ilə əməkdaşlığın tələbələrin biliklərinin artırılmasında və elmi araşdırmalar aparılmasında böyük rolu olduğunu qeyd edib, təkrar emal mövzusunda müzakirələr aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi